Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin apellyasiya şikayətinə baxılıb

“Şərurlu İsfəndiyar”a qarşı dələduzluq edən şəxsin apellyasiya şikayətinə baxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirləndirilən iş adamı Asif Pirəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, A.Pirəliyev “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundova məxsus evləri ondan xəbərsiz satmaqda ittiham edilib. A.Pirəliyev İ.Axundovun yaxın adamı Əliyev Heydərlə birlikdə “Şərur” MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, cinayət hadisəsi nəticəsində iş adamına 1 milyon 900 min manat ziyan dəyib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin cinayət işinə ayrı-ayrılıqda baxılıb. H. Əliyev barəsində bir müddət əvvəl şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə A. Pirvəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın