Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? – Foto

Rusiyadan aldığımız yeni qatarlar geri qaytarılıb? – Foto

Bakı Metropoliteninin Rusiyadan aldığı yeni vaqonlar yolda olarkən naməlum şəxslər tərəfindən üzərinə qraffiti ilə şəkillər çəkildiyi bildirilir. Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov iddialara münasibət bildirərək qeyd edib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb: “Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur.

Ümumiyyətlə, qatarların yolboyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq”.

Qeyd edək ki, yayılan ilkin məlumata görə, Rusiya ərazisində olarkən üzərinə qraffiti çəkildiyi üçün vaqonlar geri qaytarılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …