Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Qonşu ölkələrdə təhlükəli qrip virusu yayılıb: Azərbaycanda vəziyyət necədir?

Qonşu ölkələrdə təhlükəli qrip virusu yayılıb: Azərbaycanda vəziyyət necədir?

Rusiyada bu il payız fəsli başlayandan qrip virusunun bir neçə növü yayılıb.

Dövlət qurumlarının məlumatına görə, qonşu ölkədə “Honkonq”, “donuz” və “B” tipli qrip viruslarına qarşı kütləvi peyvənd vurulması ilə bağlı kampaniya başladılıb və bu, iki həftə davam edəcək.

Xezerxeber.az bildirir ki, mediada Ukraynada da təhlükəli qrip viruslarının yayılması barədə xəbərlər çıxıb.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyir ki, qonşu və yaxın dövlətlərdə vəziyyətin necə olmasından asılı olmayaraq, ölkədə qripə qarşı kütləvi peyvəndləşmə üçün heç bir əsas yoxdur və vəziyyət ölkənin tibb xidmətlərinin tam nəzarətindədir.

Bununla belə, baş epidemioloq tövsiyə edir ki, qripə yoluxmaqdan ehtiyat edən vətəndaşlar peyvənd etdirə bilərlər.

Baş epidemioloq bildirib ki, əgər təhlükə yaranarsa, bütün profilaktik tədbirlər görüləcək. Bununla yanaşı, İbadulla Ağayev vətəndaşları adi profilaktik qaydalara riayət etməyə çağırıb.

Baş epidemioloq bu məsələnin Səhiyyə Nazirliyinin diqqətində olduğunu da vurğulayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …