Ana səhifə / Aktual / Şəkinin icra başçısından prezidentə şikayət: “Torpaqlarımızı zəbt etmək istəyirlər”

Şəkinin icra başçısından prezidentə şikayət: “Torpaqlarımızı zəbt etmək istəyirlər”

Şəki şəhərinin Qaratorpaq kəndində məskunlaşmış Şuşa, Laçın, Ağdam və Kəlbəcər rayonlarından olan məcburu köçkünlər üzləşdikləri problemlərlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər.

187 nəfərin imzaladığı müraciətdə əkinçiliklə məşğul olan məcburi köçkünlər bir sıra ilginc məqamlara toxunublar.

Beləliklə, müraciətdə deyilir:

“Cənab Prezident!

Biz məcburi köçkünlər Şəki şəhərinin Qaratorpaq kəndində məskunlaşmışıq və əkinçiliklə məşğuluq. Ulu öndərimiz, mərhum prezidentimiz Heydər Əliyevin 21 may 1999-cu ildə “Məcburi köçkünlərin və onlara bərabər tutlan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən  məskunlaşdığımız Şəki rayonu Qaratorpaq kəndində torpaq islahatı gedərkən həmin qanuna əsasən bizə də əkib-becərmək üçün torpaq sahəsi ayrılıb.

İndiyədək vaxtı-vaxtında vergiləri ödəmişik. Prezidentimizin ayırdığı subsidiyalardan da yararlanmışıq. Yüksək məhsuldarlıq əldə edərək, ərzaq proqramını yerinə yetirmişik. Lakin hazırda Şəkinin icra başçısı həmin ərazini özü zəbt etmək istəyir.

Ümummilli liderimizin verdiyi qanuna məhəl qoymayaraq, verilən torpağı əlimizdən alırlar. Biz köçkünlərin xahişi ondan ibarətdir ki, bizim yeganə gəlir mənbəyimiz əkinçilikdir. Hörmətli prezident, biz məcburi köçkünlər sizi dəstəkləyir və inanırıq ki, hüquqlarımızın pozulmasının qarşısının alınması üçün müvafiq göstəriş verəcəksiniz. Ümid edirik ki, köməyinizi əsirgəməyəcəksiniz.

Biz torpq itkisinin nə olduğunu yaxşı bilirik. Lakin Şəki şəhərində bəzi məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, biz məcburi köçkünlərə ikinci dəfə torpaq itkisi yaşatmaq istəyirlər. Ümidimiz sizədir, cənab prezident”.

22243580_480733095659538_1223189311_o

22251296_480732862326228_1296186928_o

22219501_480733018992879_1773044669_o

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …