Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / Qohumunun yataq otağına girən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Qohumunun yataq otağına girən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bir gecəlik qonaq olduğu qohumuna qarşı quldurluq etmək istəyən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Həmidov Səbuhi Mirhəmid oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rasim Sadıxovun sədrıiyi ilə keçirilən prosesdə hökm oxunub.

İttihama görə, S.Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib, spirtli içki içdikdən sonra tamah məqsədi ilə evdən qızıl və pul oğurlamaq istəyib.

Bu məqsədlə o, qohumu H.Sultanovun həyat yoldaşı Sahibə Mirzəyevanın yataq otağına girərək oradan qızılları götürmək istəyib. Səsə ayılan Sahibə Mirzəyeva evindəki qonaq tərəfindən zorakılğa məruz qalıb. Həmidov evin sahibəsini ağızını əli tutuaraq onu qışqırmağa qoymayıb. O, qadından səs salmamasını tələb edib. Əks halda onu və uşaqlarını öldürəcəyini deyib. Səs-küyə Habil Sultanov da oyandıqda Səbuhi Həmidov məqsədinə çatmadan evdən qaçıb.

Son sözlə çıxış edən S.Həmidov əməlindən peşman okduğunu, içkili halda belə bur əməl törətdiyinu deyib. O, quldurluq etmək məqsədinin olmadıöını bildirib: “İçkili idim. Qızılları götürmək istədim. Ev sahibi oyananda özümü itirdim. Məhkəmədən ədalətli qərar verəcəyini, bağışlanacağımı gözləyirəm”.

Müşavirədən sonra məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə təqsirli bilinən S.Həmidovun əməli Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.

S.Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın