Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Qırmızı şərabın mədə-bağırsağa faydası yalan çıxdı… – Avstraliyalı alim

Qırmızı şərabın mədə-bağırsağa faydası yalan çıxdı… – Avstraliyalı alim

Avstraliyalı alim Vincent Ho qırmızı şərabın mədə-bağırsaq traktına faydası barədə mifi təkzib edib. 

Azinforum.az  bu haqda  Lenta.ru-ya istinadla xəbər verir. Gastroenteroloqun keçirdiyi tədqiqat işinə 47 sağlam könüllü qatılıb.

Nəticələr göstərir ki, spirtli içkilər bədənə düzəlməz zərər vurur. Alkoqol mədə divarlarını zədələyə və hətta qanaxmaya səbəb ola bilər. Alim  belə nəticəyə gəlib ki, qırmızı şərab da daxil olmaqla spirtli içkilər bağırsaq infeksiyaları ilə mübarizə üçün əlverişli deyildir. Belə ki, təcrübə zamanı 10%-lik alkoqoldan zərər çəkmiş toxumaların özünü bərpa etməsi üçün bir sutkadan çox vaxt gərək olub.
Həmçinin müəyyən olunub ki, mütəmadi olaraq spirtli içkilər içən insanlar diareya, ürəkbulanma və qusmadan əziyyət çəkirlər. Bundan əlavə,  alkoqol bağırsaqlarda patogen bakteriyaların sayının artmasına səbəb olur.

P.S. Spirtli içkilərin hədsiz zərərini  onları haram buyuran Allah 14 əsr öncə Peyğəmbərimizə(s) vəhy etdiyi Quranda, eləcə də ondan öncəki Müqəddəs Kitablarda  bildirib. Bunun üçün əlavə araşdırmalara vaxt və vəsait itirməyə ehtiyac yoxdur…

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …