Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Qazaxda müəllim 82 yaşlı qadının başına zibil tökərək döydü

Qazaxda müəllim 82 yaşlı qadının başına zibil tökərək döydü

Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb.
Azinforum.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə Qazax rayonunda baş verib.
Məlumata görə, Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə məişət tullantıları üstündə yaranıb.
Belə ki, evinin yaxınlığında zənbildə “zibil” qoyulduğunu görən müəllim onu təpiklə vurub, ətrafa yayıb. Bu zaman 82 yaşlı qadın müəlliməyə “zibili niyə dağıdırsan” deyə irad bildirəndə qonşular arasında mübahisə düşüb. Tərəflərin mübahisəsi əlbəyaxa davaya kimi böyüyüb. Müəllim zibili yerdən götürüb yaşlı qadının başına töküb. Müəllim onu yerə yıxaraq saçını yolub, üz-gözünə xəsarətlər yetirib.
Şahidlərin sözlərinə görə, müəllim qoca qadını döydüyü vaxt kürəyində 6 aylıq uşaq var imiş.
Yaşlı qadının yaxınları qonşuluq münasibətlərinə görə polisə şikayət etməkdən imtina edib. Onlar müəllimin gəlib üzr istəməsini tələb ediblər, bununla da məsələnin bağlanacağına söz veriblər.
Sözügedən məktəbin direktoru Çəməngül İsmayılova məsələdən xəbərdar olanda isə “qələt eləyib, deyərəm, gedib üzr istəyər” deyib. Amma buna baxmayaraq, müəllim yaşlı qadından üzr istəməyib.
Dusiya Məmmədovanın həyat yoldaşı Vaqif Piravdıyev isə döyülən qadının yaxınlarına “Haqq eləyib, yaxşı edib döyüb” deyib.
Qazax Rayon Təhsil Şöbəsinin tədris hissə müdiri Məhəmməd Cəfərov baş verən olaydan xəbərsiz olduqlarını bildirib: “Günün ikinci yarısına kimi məsələ araşdırılacaq. Məktəbin direktoru və müəllim bura dəvət olunacaq”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın