Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır

Qaçan məhkumlardan biri “Qoca”nın adamıdır

Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kriminal aləmə yaxın şəxsdir.

“Qafqazinfo”nun verdiyi məlumata görə, o və qardaşı Zaur Ağami “Masallı Mamed”lə “Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.

Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən “razborka”dan sonra saxlanılıb. Həmin görüşdə “Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək  öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də “Abdulla” kimi tanınır. Bir pasportda o “Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə “Hüseynov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.

Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.

Həmin hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.

 


Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …