Ana səhifə / Gündəm / Məhkumların necə qaça bilməsinə dair VERSİYA

Məhkumların necə qaça bilməsinə dair VERSİYA

Başqa təcridxanaya etap olunan 2 məhkumun qacdığı barədə xəbər yayılıb. Olduqca maraqlı və təhlükəli hadisədir. Artıq məlum olub ki, qacanlardan biri kriminal “razborka” zəminində adam öldürməyə görə təqsirləndirilir və “oğru dünyası”nın adamıdır. “Pobeq” məhkumların qatara mindirilməsi vaxtı baş verib. Məhkumları daşıyan qatara jarqonla “Stalıpin” deyillər. Çox ciddi mühafizə olunur və ordan qaçış həyata keçirmək olduqca çətindir. Çünki düstaqları gətirən avtomobil demək olar ki, qatarın qapısına bitişik saxlanılır, məsafə çox az olur. Ətrafda silahlı mühafizəçilər “koridor” şəkilində düzülür. Məhkum qatardan maşına və ya maşından qatara minib – düşmək üçün  cəmi bir neçə qısa addım atır. Onu da qeyd edək ki, məhkumların “etapı”  ilə məşğul olan “kanvoy”ların əsas pul qazanma mənbəyi məhkumlara qanunsuz görüş verməkdəndir.

Belə görüşlər məhkəmələrdə və “etap” zamanı mümkün olur. Bunun üçün ən “uyğun” yerlərdən biri də məhz dəmiryoludur. Necə deyəllər gözdən və könüldən uzaq. Mənim ehtimalım budur ki, bu “pobeq” yalnız pul müqabilində etibar edilib verilən görüş şəraitindənbaş verə bilər. Təbii ki, bu bir versiyadır, ancaq əlaqədar qurumlar məsələnin bu aspektinə diqqət etməlidir. Çünki vəziyyət elədir ki, “kanvoy”lar yaxşı pulun müqabilində dustaqları daşıyan avtomobili (voronoku) yolun ortasında saxlayıb da görüş verirlər.
Azərbyacanda baş verən əksər “pobeq”lər uğursuz olub. İndiki texnoloji imkanlar və nəzarət mexanizmini mümkünlüyü onların tezliklə həbs ediləcəyini inandırıcı edir. Ancaq qacan adamlar çox təhlükəli cinayətkar olduqları üçün, onları yeni qanlı cinayətlər törədə biləcəyi ehtimalı da az deyil. Belə halların təkrarlanmamsı üçün, Ədliyyə Nazirliyi “kanvoy”ların fəaliyyətinə nəzarəti daha da gücləndirməlidir.

Məhəmmədəli

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …