Cümə , Dekabr 4 2020
Ana səhifə / Araşdırma / Qəddafi “buldozer”lə 1200 dustağın üstündən keçdi- Diktatorların qanlı əməlləri

Qəddafi “buldozer”lə 1200 dustağın üstündən keçdi- Diktatorların qanlı əməlləri

Moderator.az dünya tarixinin ən məşhur diktatorlarından olan 3 şəxsin qeyri-adi qanlı cinayətləri haqqında faktları təqdim edir:
Muəmmar Qəddafi – Liviyada üsyanın baş verdiyi həbsxanada sakitliyi bərqərar etmək üçün çox acımasız vasitəyə əl atıb. O, həm əsəbi olduğu dustaqlara dərs vermək, həm də asayişi təmin etmək üçün həbsxanaya “buldozerlər” göndərir. Ağır maşınlar içərisində dustaqların olduğu kameraları aşıraraq, 1200-ə yaxın məhbusun ölümünə səbəb olmuşdu.
Sabiq Liviya diktatorunun bilinməyən qanlı cinayətləri bununla bitmir. O, Böyük Britaniyanın ölkəsindəki səfirliyinin qarşısında mitinq edən vətəndaşların hamısını güllədən keçirtmişdi.
 
İosif Stalin- II Dünya Müharibəsi və Repressiya illəri başda olmaqla, ayrı-ayrı illərdə  Stalinin ölümə göndərdiyi insanların sayının 40 milyondan çox olduğu deyilir.
Onun müharibə illərindəki azyaşlı uşaqları xüsusi bunkerlərdə öldürdüyünü də iddia edənlər var. Stalinin ətrafa yaydığı ölüm qorxusu o qədər çox imiş ki, hətta o son nəfəsində ikən həkimlər otağına girməkdən çəkinərmişlər. Çünki onlar ölüm həqiqətini dedikləri zaman Stalin tərəfindən güllələnmə cəzasına məruz qalacaqlarını düşünərmişlər.
Stalinin otağına icazəsiz girən cangüdənlərin də öldürülməsi haqqında əmr verib.
Bokasso- Cənubi Afrikanın diktatoru olan Bokasso Fransanın köləsi kimi tanınırdı. Əslində, ölkəni tam olaraq idarə edən Fransa Bokassonu ora öz canişini kimi qoymuşdu. O da doğma xalqına qarşı çıxaraq, onlara hər yediyi çörək üçün belə Fransaya borclu olduqlarını deyirdi. Ölkə ac-yalavac olduğu bir dönəmdə tacqoyma mərasiminə  22 milyon dollardan çox pul xərclədi.
Tətbiq etdiyi vahid geyim formasını geymədikləri üçün 100 tələbəni öldürtdürdü. Məhz bu olay bütün ölkədə çaxnaşma yaratdı. Bokassonun  hakimiyyəti də bununla tamamlandı.
Bokassonun bir “qəhrəmanlığı” da məhbuslara qeyri-adi işgəncə verməsidir. O ibrət olsun deyə, onlarla dustağı saatlarla qızmar günün altında saxladaraq həyatlarına son qoymuşdu.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın