Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Putinə köynək bağışlamaq istəyən qadın saxlanıldı

Putinə köynək bağışlamaq istəyən qadın saxlanıldı

Peruda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə yaxınlaşaraq ona toxunma yun köynək bağışlamaq istəyən qadın saxlanılıb.

Report xəbər verir ki, bu barədə qadın özü yerli RPP radiostansiyasının efirində məlumat verib. Xulia Kastro adlı qadın bildirib ki, paltar istehsalı sahəsində kiçik biznesi var. Onun Rusiya prezidentinə bağışlamaq istədiyi sviter öz müəssisəsinin istehsalıdır. Qadın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və ifadə vermək üçün polis bölməsinə aparılıb.

Xulia Kastro bu ölkədə keçirilən sammit çərçivəsində Feysbuk sosial şəbəkəsinin qurucusu Mark Züküerberqlə də görüşdüyünü deyib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın