Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Prokurorluq: Zaqatalada 17 yaşlı qızın intiharının səbəbləri istintaq yolu ilə araşdırılır

Prokurorluq: Zaqatalada 17 yaşlı qızın intiharının səbəbləri istintaq yolu ilə araşdırılır

Zaqatalada baş verən intiharın səbəbləri araşdırılır.
Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 30-da rayonun Əliabad qəsəbə sakini Gülər İsmayılovanın yaşadığı evin həyətində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri hazırda istintaq yolu ilə araşdırılır.  
Qeyd edək ki, məlum hadisə ilə bağlı APA iyulun 30-da xəbər yayıb. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb.
Yayılan məlumatlara görə, ailəsi 17 yaşlı G.İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi üçün o intihar edib.(APA)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …