Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Prokurorluq: “Respublika”nın əməkdaşı döyülüb öldürülməyib

Prokurorluq: “Respublika”nın əməkdaşı döyülüb öldürülməyib

Yasamal Rayon Prokurorluğu “Respublika” qəzetinin əməkdaşı Sabir Mustafayevin küçədə döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib.

“Report”un xəbərinə görə, Yasamal prokurorluğundan bildirilib ki, jurnalist S.Mustafayevin döyülərək öldürülməsi haqda iddialar əsassızdır və öz təsdiqini tapmayıb.

Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə dünyasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib: “Onun döyülərək öldürülməsi iddiası yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb”.

Qeyd edək ki, hadisə yanvarın 16-da Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının qarşısında baş verib. “Respublika” qəzetinin əməkdaşı Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb dünyasını dəyişib. Onun qardaşı Səxavət Mustafayev iddia edir ki, 64 yaşlı qardaşı döyülərək öldürülüb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın