Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Prodüsserdən kriminal hərəkət: Zorla qız qaçırdı, polisə düşdü

Prodüsserdən kriminal hərəkət: Zorla qız qaçırdı, polisə düşdü

Müğənni Niyam Səlaminin prodüsseri Eldəniz İsrafilovun saxlanılması barədə məlumat daxil olub. Məlumata görə, E.İsrafilovun barəsində Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət daxil olub. Deyilənlərə görə, şikayətdə Eldəniz İsrafilovun borclu olduğu və adam qaçırmada günahkar olduğu deyilir.

Deyilənlərə görə, Eldənizin köməyi ilə Bakıdan Sumqayıta gələn gənc xanım müğənni maşından qaçırılıb.

Məsələni dəqiqləşdirmək üçün Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsilə əlaqə saxladıq. İşi araşdıran bölmənin baş təhqiqatçısı, polis mayoru Rafiq Quliyev ANS PRESS-ə açıqlamasında Eldəniz İsrafilov barəsində şikayət daxil olması faktını təsdiqləyib. Onun sözlərinə görə, hələlik heç kim saxlanılmayıb.

“Eldəniz İsrafilov barəsində vətəndaş şikayət edib. O, şikayətində bildirib ki, Eldəniz İsrafilov ona pul borcludur. O, şikayətində qız qaçırma barədə də yazıb. Lakin bunlar hələlik şikayətdir. Bu barədə tam açıqlama vermək istəmirəm. Şikayətlə əlaqədar Eldəniz İsrafilov 4-cü bölməyə dəvət olunub. Hələlik o, gəlməyib. Ondan izahat alınacaq və iş araşdırılacaq”, – deyə Rafiq Quliyev bildirib.

Bu barədə araşdırmamız davam edir.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın