Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Polis sahibkarlardan pul alan 3 nəfər “vergi işçisini” saxladı

Polis sahibkarlardan pul alan 3 nəfər “vergi işçisini” saxladı

Qazax rayonunda özlərini vergi işçisi kimi təqdim edib insanlara qarşı dələduzluq edən 3 şəxs saxlanılıb.

“Report”un verdiyi məlumata görə, onlar Qazaxda müxtəlif obyektlərə daxil olaraq satılan məhsulların keyfiyyətsiz, köhnə olduğunu deyərək sahibkarlardan müxtəlif miqdarda pul tələb ediblər.

Hər üç şəxs Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Araşdırmalar nəticəsində Bərdə rayon sakinləri Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayevin üzərindən Ağcabədi, Tovuz, Gəncə, Şəmkir rayonlardan toplanmış qəbzlər də götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın