Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Polis Naxçıvan sakinlərini kreditlərini ödəməyə məcbur edir

Polis Naxçıvan sakinlərini kreditlərini ödəməyə məcbur edir

Naxçıvanın Şərur rayonunda yerli polis kənd təsərrüfatı kredit təşkilatına borcu olan yerli sakinləri saxlayır və onlara güc tətbiq edərək bu təşkilata olan borclarını ödəməyə məcbur edir.

Adlarının açıqlanmasından ehtiyat edən Şərur sakinləri “Turan”a bildiriblər ki, sakinləri Şərur Rayon Polis Şöbəsinə çağırır və bir neçə gün idarənin zirzəmisində saxlayırlar.

Polis əməkdaşları onlardan kredit borclarını vaxtından əvvəl ödəməyi tələb edir. Baxmayaraq ki, borcun ödənmə müddəti hələ bitməyib. Onlar sakinləri mal-qaralarını satmağa, kreditləri bağlamağa məcbur edir.

Şərur sakinləri isə polisin bu addımını qanunsuz sayaraq bildirir ki, kreditlərlə bağlı mübahisələrə yalnız məhkəmədə və mülki qaydada baxılmalıdır. Lakin Naxçıvanda polisin əməllərindən şikayət etmək mümkün deyil.

Şərur polisindən bu iddialara münasibət öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın