Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Oğlunu qurtarmaq istədi, özü də boğuldu – Kürdəki faciənin təfərrüatı

Oğlunu qurtarmaq istədi, özü də boğuldu – Kürdəki faciənin təfərrüatı

Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub. ” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb. 

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-in Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın