Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Nazir müşavirinin oğurluqda ittiham etdiyi qohumu azadlığa buraxıldı – 800 minlik qızıl iddiası

Nazir müşavirinin oğurluqda ittiham etdiyi qohumu azadlığa buraxıldı – 800 minlik qızıl iddiası

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Rövşən Əhmədov uzun illər yanında işlədiyi qohumu Ç.Baxşıyevin 800 min manatdan artıq dəyəri olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinib. Sabiq nazir müşaviri Ç.Baxşıyev külli miqdarda qızılını, pulunu əmanət etdiyi qohumundan şikayətçi olub.

Bakı Ağır Cinayətkər Məhkəməsində Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib. Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, R.Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirlənsirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Vəkil deyib ki, qızıl-zinət əşyalarının çəkisinin nə qədər olması, onların şəkilləri və görüntüləri cinayət işinin matreallarına təqdim edilməyib. Təqsləndirilən şəxsin digər vəkili Ülkər Yusifova da müdafiə çıxışında müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.

R.Əhmədov məhkəmədə son sözlə çıxış edib. Məhkəmə heyəti müşavirəyə yollanıb. Məhkəmə müşavirədən sonra Rövşən Əhmədov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Ç.Baxşıyev ailəsinə ümumilikdə 800 min manatdan artıq ziyan dəydiyini deyir. R.Əhmədov isə məhkəmə prosesləri zamanı ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib. O, Çingiz Baxşıyevin həbs edilənə qədər milyonlarla manatını, dollarını, avrosunu, qızlllarını saxlasa da, heç vaxt onlara əl vurmadığını söyləyib.

musavat.com

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın