Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Nazir müavini rüşvət verərkən tutulub

Nazir müavini rüşvət verərkən tutulub

Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev 1 600 dollar rüşvət verərkən tutulub. “Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.

“Çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın – “Report”) rüşvət verməyə cəhd edərkən tutulub” – idarədən bildirilib. M.Çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat Çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın