Ana səhifə / Araşdırma / Məşhur milyarder öldü – Silah ticarətçisi idi

Məşhur milyarder öldü – Silah ticarətçisi idi

Səudiyyə ərəbistanlı məşhur biznesmen Adnan Kaşıkçı 82 yaşında ölüb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, silah ticarətçisi kimi tanınan milyarder bir müddətdir İngiltərədə parkinson xəstəliyindən müalicə alırdı.

Sərvətini silah ticarəti ilə qazanan biznesmen 1970 və 1980-ci illərdə dünyanın ən varlı insanları arasında yer alıb.

A.Kaşıkçı Filippinin keçmiş lideri Ferdinand Markosla əlaqələrinə görə bir müddət İsveçrədə həbsdə yatmışdı.

O, dünyanın ən böyük yaxtası ilə də gündəmə gəlmişdi. 86 metrlik “Nabila” adlı yaxtasını Bruney Sultanına, o da Donald Trampa satmışdı.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın