Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Məşhur cərrahın evindən xeyli qızıl apardılar

Məşhur cərrahın evindən xeyli qızıl apardılar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elvin və Günəli Əliyevlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış cərrah-transplantoloq Mircəlal Kazımov ifadə verib.
Zərərçəkmiş ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini bildirib: “Mənə maraqlı odur ki, bu insanları kim yönəldib, onlara mənim evimi kim istiqamət verib. Həmin adamın adını desinlər. Çünki onların dediklərinin heç biri məntiqlə uyğun gəlmir”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər cərrah-transplantoloqun mənzilindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıblar.
Məhkəmə prosesi oktyabrın 20-dək təxirə salınıb.

 

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın