Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Miri Yusif narkotiklə tutulub? – Açıqlama

Miri Yusif narkotiklə tutulub? – Açıqlama

Tanınmış reper Miri Yusif (Mirbabayev Mir Yusif Mir Heydər oğlu ) bu günlərdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə məlumat Musavat.com-a hüquq-mühafizə orqanlarından daxil olub. 
Mənbəmiz bildirib ki, Miri Yusif və onunla birlikdə olan Etibar adlı şəxs (“Pulya Etibar” kimi tanınır) əməliyyatçılar tərəfindən saxlanılıb. Onların üzərindən narkotik maddə kokain aşkarlanıb. Miri Yusif və dostu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıblar. Bir neçə saatlıq araşdırmalardan sonra Miri Yusif azad edilsə də, Etibar adlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, faktla bağlı araşdırmalara başlanılıb.
Musavat.com məsələyə aydınlıq gətirmək üçün müğənninin mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxlayıb. O bildirib ki, müğənninin saxlanılması xəbəri həqiqəti əks etdirmir:  “Bu yanlış məlumatdır, cəfəngiyyatdır. Miri Yusif saxlanılmayıb”.
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, hadisədən xəbərsizdir: “Bu haqda məlumatım yoxdur. Araşdırıb ətraflı məlumat verərəm”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın