Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Mətanət Həsənova şübhəli şəxs qismində saxlanıldı

Mətanət Həsənova şübhəli şəxs qismində saxlanıldı

“Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib. Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Faktla bağlı DİN-nin  Baş İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb və M.Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın