Bu gün ölkəmizdə lazer epilyasiyası çox geniş şəkildə yayılıb. İnsanlar arzuolunmaz tüklərdən xilas olmaq üçün klinikalara üz tutaraq şüa vasitəsi ilə həmin tüklərdən xilas olurlar. Amma insanlarımız arasında lazer epilyasıının insan sağlamlığı üçün ziyanlı olması xəbəri də dolaşmaqdadır.
Professor Adil Qeybulla Moderator.az-a açıqlamasında bildirdi ki, bunun insan orqanizmi üçün heç bir ziyanı yoxdur:
“Lazer epilyasiyası zamanı şüaların miqdarı bədəndəki tükün yandırılmasına qədər hesablanıb. Bu rentgen aparatlarında da bu cür təyin edilib. Şüaların təsiri onun insan bədəninə uzunluğundan asılıdır. Lazer apelyasiyası zamanı bir neçə seansdan sonra insanlar bədənlərindəki artıq tüklərdən birdəfəlik xilas olurlar. Ona görə də bu məsələdə narahat olmağa dəyməz”.