Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Kürdəmirdə xırdabuynuzlu heyvanlar niyə tələf olur?

Kürdəmirdə xırdabuynuzlu heyvanlar niyə tələf olur?

 

Martın 15-dən Kürdəmir rayonundakı Ərəb Qubalı kəndində xırdabuynuzlu heyvanlar tələf olur. Kənd sakini Əmrah Şirinovun təsərrüfatında indiyədək 40-a yaxın qoyun və keçi ölüb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərindən ibarət qrup kəndə ezam olunub, araşdırmalar aparılır.

Bu barədə virtualaz.org saytına Baytarlıq xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.

Y.Xanvəli deyib ki, mütəxəssislər Ərəb Qubalı kəndindəki təsərrüfatlarda yoluxucu xəstəliklər qeydə almayıblar. “Tələf olan heyvanlardan götürülən analizlər Respublika Baytarlıq Laboratoriyasına göndərilib, yaxın saatlarda nəticələr açıqlanacaq. Hazırda heyvanların tələf olmasının qarşısı alınıb”, – mətbuat katibi əlavə edib.

Kənddən isə bildiriblər ki, indiyədək kənddə heyvanların kütləvi tələf olması müşahidə edilməyib, bu ilk hadisədir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …