Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Araşdırma / Kombinat direktorunun ölümünün təfərrüatları – İzlənildiyini bilirmiş (FOTO)

Kombinat direktorunun ölümünün təfərrüatları – İzlənildiyini bilirmiş (FOTO)

Yanvarın 8-də səhər saatlarında Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla öldürülən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları məlum olub. 
Trend.az-ın məlumatına görə, 8 bıçaq zərbəsi ilə qətlə yetirilən Q.Bağırov hadisə zamanı onu bıçaqlayan şəxs və ya şəxslərə müqavimət göstərib. Belə ki, meyitə baxış zamanı onun əllərində bıçaqla kəslimiş-deşilmiş yaralar aşkar edilib. Meyitin üzərində iplə boğulma izləri də aşkar olunub. Məlum olub ki, hadisəni törədən şəxs tək olmayıb. Yəni bir nəfər Q.Bağırova bıçaq zərbəsi endirərkən mərhum kombinat direktoru qatilə müqavimət göstərib, daha bir nəfər isə onu iplə boğub. Q.Bağırovun öldüyünə tam əmin olandan sonra onu qətlə yetirən şəxs və ya şəxslər izi itirmək məqsədilə mərhumun mobil telefonunu da götürüb hadisə yerini tərk ediblər.
Məlumata görə, Q.Bağırov son günlər izlənildiyini bilib və bu barədə yaxınlarına da xəbər verib. Ölümündən bir neçə gün əvvəl Q.Bağırov qohumlarına deyib ki, onu bağ evində kimlərsə izləyir və dəfələrlə ayrı-ayrı şəxslərin bağ evinin hasarından həyətə baxdığını görüb. Lakin öldürüləcəyini zənn etməyən mərhum kombinat direktoru bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Q.Bağırov izlənilməsindən sonra evinin qarət ediləcəyini zənn edib və bağ evindəki bütün pullarını götürərək iş yerində seyfdə saxlayıb. Ölümündən sonra polis Q.Bağırovun ofisindəki seyfdə olan pulları götürərək ailə üzvlərinə təhvil verib.
Məlumatda Q.Bağırovun bağ evində tək yaşamasının səbəbləri də açıqlanıb. Belə ki, Q.Bağırovun bir neçə ay əvvəl həyat yoldaşı ilə mübahisəsi olub və bundan sonra ailəsindən ayrı, bağ evində yaşamağa qərar verib.
Qeyd olunur ki, Q.Bağırov öldürüldüyü gün günorta saat 12 radələrinə qədər “Facebook” sosial şəbəkəsində qohumları və dostları ilə yazışıb.
Xatırladaq ki, yanvarın 8-də Hövsan qəsəbəsi, yeni yaşayış massivində yaşayan 1963-cü il təvəllüdlü Bağırov Qalib Afil oğlunun meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırovu evində 8 bıçaq zərbəsi ilə qətlə yetiriblər.
Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən əlavə, meyitdə boğulma əlamətləri də aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam öğldürmə-quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır. Hələlik faktla bağlı dindirilmələr olsa da, hadisədə şübhəli şəxs qismində saxlanılan olmayıb.

Həmçinin oxuyun

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu …

Bir cavab yazın