Çərşənbə , İyul 24 2019
Ana səhifə / Araşdırma / Keçmiş polis rəisinin arvadının məhkəməsində ara qarışdı

Keçmiş polis rəisinin arvadının məhkəməsində ara qarışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Təqsirləndirilən L.Əkbərovanının vəkili Taleh İbrahimov vəsatətlə çıxış edərək jurnalistlərin iclas zalından çıxarılmasını istəyib.

Vəsatətə növbəti prosesdə baxılacaq.

Zərəçəkmiş Nurməmməd Məmmədov və Rayidə Məmmədova dindirilərkən ilkin ifadələrini təsdiqləyiblər.

Daha sonra zərərçəkmiş D.Məmmədov ifadə verən zaman hakim R.Salmanovun əməlində rüşvət faktının olduğunu deyib.

D.Məmmədov pul alınarkən sənədləşmə üçün zəruri xərclər olduğunu deyib və həmin məsələyə prokurorluqda hüquqi qiymət verildiyini vurğulayıb.

Bu zaman məhkəmə kollegiyasının üzvləri arasında mübahisə yaranıb. Digər hakim Mayıl Bayramov həmkarı R.Salmanovun sualına etiraz edib. O, R.Salmanova ittihamdan kənar sual verdiyini bildirib.

Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın