Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Keçmiş müstəntiq dələduzluqda ittiham olunur…

Keçmiş müstəntiq dələduzluqda ittiham olunur…

Göygöl rayon prokurorluğunun müstəntiqi Rövşən Əmrahov vətəndaşlara külli miqdarda “pul atıb”

Ona cinayət işi qaldırılıb.

Bu barədə Moderator.az-a prokurorluq orqanlarından bilgi verilib. Məlumatda qeyd olunur ki, keçmiş müstəntiq Rövşən Əhmədov ayrı-ayrı vətəndaşların hüquq-mühafizə orqanlarında işlərini həll etmək adıyla onlardan külli miqdarda pul alıb. Vətəndaşların etibarından sui-istifadə edən müstəntiqlə baglı Baş Prokuror Zakir Qaralova şikayətlər edilib. Baş prokurorun əmri ilə işdən azad olunaraq sərəncama göndərilən müstəntiqin əməlləri istintaq tərəfindən araşdırılır. O cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq ) maddəsi ilə ittiham olunur.

Adıçəkilən müstəntiqin özü isə Moderator.az-ın əməkdaşı ilə söhbətində bu barədə danışmaqdan imtina edib. Əməkdaşımızın sualını eşidən Rövşən Əmrahov telefonun dəstəyini asıb.

Xatırladaq ki, Rövşən Əmrahovun adı bir il əvvəl Göygöldə qətlə yetirilən “qara kəmər” ustası Kamal Rüstəmovun qanını batırmaqda çəkilib. Belə ki, müstəntiqin icraatında olan cinayət işinin qeyri-obyektiv aparılması nəticəsində idmançı gənci qətlə yetirən cinayətkar dəstənin digər iştirakçıları məsuliyyətdən kənarda qalıb.

Biz baş prokuror Zakir Qaralovun işi nəzarətinə götürməsini alqışlayırıq və ümid edirik ki, dələduzluq ittihamı təsdiqlənsə müstəntiq haqq etdiyi ən ağır cəzanı alacaq.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın