Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Jurnalist Əziz Orucov istintaq idarəsinə aparılıb

Jurnalist Əziz Orucov istintaq idarəsinə aparılıb

Jurnalist Əziz Orucov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə aparılıb.

Bu barədə hüquq müdafiəçisi Samir Kazımov facebook səhifəsində yazıb: “Vəkil Elçin Sadıqovla “Siyəzən işi” məhkəməsindəyik. İndicə Elçin bəyə müstəntiq zəng edərək, jurnalist Əziz Orucovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığını dedi. Müstəntiq bildirib ki, Əziz Orucov vəkil kimi Elçin Sadıqovu istəyib. Vəkil məhkəmədən çıxıb, ora gedəcək”.

Qeyd edək ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən ay Bakının Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın