Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İsmayıllıda 19 yaşlı məcburi köçkün öz ayağını güllələyib

İsmayıllıda 19 yaşlı məcburi köçkün öz ayağını güllələyib

Laçın rayon sakini İsmayıllı rayonunda odlu silahla özünə ağır xəsarət yetirib. Hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb.

Kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Vəliyev Cəsarət Bəxtiyar oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün qəflətən silahdan açılan atəş nəticəsində özünə ağır xəsarət yetirib.

Sağ diz və baldır nahiyəsindən ağır xəsarətlər alan Cəsarət Vəliyev təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın