Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var – DƏHŞƏTLİ QƏZA

İğdırdan Naxçıvana gedən avtobusda ölən azərbaycanlılar var – DƏHŞƏTLİ QƏZA

İğdırda dəhşətli yol qəzası baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir.

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın