Bir neçə gün əvvəl , Azinforum.az İnformasiya Portalının vətəndaş Rüstəmov Kamil Tərlan oğlunun şikayəti əsasında hazırladığı materiala hüquq-mühafizə orqanları tərəfindən ciddi reaksiya verilib. Qeyd edək ki, həmin yazıda şikayətçi Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyən qızının bir neçə aylıq əmək haqqının marketin sahibi Əliyev Azər adlı şəxs tərəfindən verilmədiyindən gileylənib. Redaksiyamızla yenidən əlaqə saxlayan şikayətçi bildirib ki, bir neçə gün əvvəl, onunla Abşeron Rayon Prokurorluğundan əlaqə saxlayıblar: “Onlar məndən həmin marketin müdiri Azərin telefon nömrəsini soruşdular. Sonra mənimlə Abşeron Rayon Polis İdarəsindən Emin adlı tətqiqatçı əlaqə saxladı. Məni polis idarəsinə dəvət etdi. Gedib olanlar barədə ətraflı izahat verdim. Bu gün isə mənə bildirdilər ki, iş Müşfiq adlı polis zabitinin icraatındadır. Müşfiq müəllim mənimlə söhbətində bildirdi ki, artıq mağazanın rəhbərliyindən izahat alınıb, yaxın günlərdə bu barədə mənə daha dolğun məlumat verəcəklər. Mən Azərbaycanın hüquq-mühafizə orqanlarının ədalətinə inanıram. Əminəm ki, tez bir zamanda insanların əməyini istismar edən Əliyev Azər barədə müvafiq ölçü götürüləcək”.
Hüquq – mühafizə orqanları işçisinin maaşını verməyən “Azer City” marketilə bağlı araşdırmaya başladı – VİDEO
Qeyd edək ki, sözügedən marketin rəhbərliyi barələrində səslənən iddialara aydınlıq gətirib. Marketin rəhbərliyində təmsil olunan Habil adlı şəxs Criminal.az saytına bildirib ki, həmin işçi öz istəyi ilə işdən çıxıb. Onun sözlərinə görə, Aylin Rüstəmova işə dəfələrlə gecikirdi və buna görə ona xəbərdarlıq edildi:
”İradımızı bildirən günün səhərisi o işə gəlmədi. Onu işdən biz çıxarmamışıq. Həmin adamın işdəki yeməkdən zəhərlənməsi də boş söhbətdir. Biz hər gün işçiyə yaxşı yemək bişirməsi üçün aşbazla dava edirik. Çünki işçilərin çox vaxtı burda olur və gün ərzində iki dəfə yemək yeməli olurlar. Bu sözləri deməklə nə məqsəd daşıdıqlarını deyə bilmərəm”.