Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Hansı qidalar xərçəngin qarşısını almağa kömək edir – ARAŞDIRMA…

Hansı qidalar xərçəngin qarşısını almağa kömək edir – ARAŞDIRMA…

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, alimlər üzvi məhsulların qida kimi qəbulunun xərçəngin bəzi növlərinin yaranma riskini azaltdığını sübut ediblər.
Fransalı alimlərin, 2009-ci ildən 2016-ci ilədək keçirdikləri  tədqiqatda təxminən 70 min nəfər iştirak edib. Üzvi məhsulların payının menyüdə olmasından asılı olaraq sınaqdan keçənləri dörd qrupa bölüblər. Həmçinin onkologiyanın inkişaf riskinə təsir edən digər amillər də nəzərə alınıb.
Məlum olub ki, üzvü qida məhsulları qəbul edənlər 25 faiz az xərçəng şişinin yaranması riskinə məruz qalır. Buna baxmayaraq, bağırsaqda və prostatda yarana biləcək şişə bu dietanın təsir ehtimalının az olduğu da qeyd edilib.
Tədqiqatın müəlliflərinin fikrincə bu nəticə onunla əlaqədardır ki, təbii qidaları qəbul edən insanların  orqanizminə pestisid qalıqları və kənd təsərrüfatında istifadə olunan gübrələr az daxil olur.
“Əgər nəticələr təsdiqlənərsə, xərçəngin profilaktikası üzrə üzvü qida məhsullarından strateji məqsəd kimi istifadə etmək olar” – tədqiqatın müəlliflərindən olan Jyuli Bodri deyib.
Üzvü qidalar- pestisidlərin, sintetik mineral gübrələrin, böyütmə nizamlayıcıların, süni qidalandıran əlavələrin, həm də genetik dəyişdirilmiş komponentlərin istifadə olunmadığı bioməhsullardır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …