Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Araşdırma / Hacı İbrahimin yenidən saxlanılması xəbəri yayıldı

Hacı İbrahimin yenidən saxlanılması xəbəri yayıldı

FİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları iş adamı Hacı İbrahim Nehrəmlini yenə də saxlayıblar.

Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, nehrəmli oliqarx dünəndən etibarən “Bandotel”in təcridxanasında saxlanılır.

Digər məlumata görə, Hacı İbrahim on milyonlarla manat həcmindəki kredit borclarını ödəmək üçün tələb olunan vəsaiti tapa bilməyib. Böyük ehtimalla onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək.

Yada salaq ki, Hacı İbrahim mayın 13-də saxlanılaraq “Bandotdel”ə aparılmışdı. Oliqarx oradan çıxandan sonra 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın