Ana səhifə / Araşdırma / Həbs dalğası Misir Mərdanovun qardaşına da çata bilər…

Həbs dalğası Misir Mərdanovun qardaşına da çata bilər…

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun MTN ətrafında baş verən olayların domino effektli dağıdıcı təsiri nəticəsində həbs olunmasından sonra Moderator.az – a ilginc məlumat daxil olub.

Belə ki, həbs dalğasının növbəti zərbəsinin aparat rəhbərinin müavini İlham Mərdanovu da “vura biləcəyi” iddiaları var. Xatırladaq ki, İlham Mərdanov keçmiş təhsil naziri, indi isə AMEA Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanovun qardaşıdır.
Onun tezliklə həbs və ya işdən kənarlaşdırılacağı barədə dəqiq informasiya verilməsə də həbsə atılan Vidadi Zeynalovla yaxın münasibətlərdə olduğu vurğulanır. Elə buna görə də aparat rəhbərinin müavininin səksəkə içərisində son aqibətini gözlədiyi bildirilir.

Həmçinin oxuyun

Boşanmaların səbəbi: xəyanət və məişət zorakılığı – ARAŞDIRMA

“Evlilikdə duyğu məqamı olduğundan sarsılmaz deyil, əksinə qeyri sabitdir və özündə pozulma imkanını ehtiva edir. …

Bir cavab yazın