Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Gürcüstanda şaxtada qəza baş verib – Ölən və yaralananlar var

Gürcüstanda şaxtada qəza baş verib – Ölən və yaralananlar var

Gürcüstanın qərbində, Tkibuli rayonundakı Mindeli şaxtasında bədbəxt hadisə baş verib.

“ Azinforum.az ”  “Report”a istinadən xəbər verir ki, şaxtada çalışan bir neçə fəhlə yüksəklikdən yıxılıb.

Onlardan 4-nün öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Hadisə zamanı habelə bir neçə nəfər də yaralanıb.

Ölkənin baş naziri Georgi Kvirikaşvili hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış edib. O, hadisənin səbəblərinin araşdırıldığını bildirib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi faktı təsdiqləyib, nazir Qeorqi Qaxariyanın əmri ilə Tikintilərə Texniki Nəzarət Agentliyinin əməkdaşları hadisə yerinə göndəriliblər.

Nazirin sözlərinə görə, hazırda qəzanın səbəbləri araşdırılır və ictimaiyyətə ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın