Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Araşdırma / Gülnarə Kərimova haradadır? — Keçmiş əri və oğlu onu axtarır

Gülnarə Kərimova haradadır? — Keçmiş əri və oğlu onu axtarır

Özbəkistanın mərhum lideri İslam Kərimovun qızı Gülnarə Kərimovanın taleyi naməlum olaraq qalır.

“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Tymes” qəzeti məqalə yazıb.

Bildirilir ki, Gülnarə hələ də atasının məzarına baş çəkməyib. Bundan başqa, Gülnarə Kərimovlar ailəsinin dəfn mərasimində iştirak etməyən yeganə üzvüdür. 2014-cü ildən Gülnarə yoxa çıxıb.

Gülnarənin bəzi qohumları onu axtarmağa başlayıblar.

 

“Human Rigths Watch “un Orta Asiya üzrə eksperti qəzetə bildirib ki, Kərimovanın keçmiş əri Mansur Maksudi onlara müraciət edib. Mansur 2002-ci ildən boşanma və uşaqlara himayədarlığa görə mübarizə aparır. O dövrdə qüdrətli olan Gülnarə Mansurun Özbəkistandakı biznesini məhv etdi.
Sonra isə, Mansurun Özbəkistanda yaşayan 24 qohumu Əfqanıstana sürgün edilib. İki qohumu isə həbs edilib.

Amma hazırda Mansur keçmiş arvadının taleyi ilə maraqlanır. Bundan başqa Gülnarənin İslam adlı oğlu da anasının taleyi ilə maraqlanır. İslamın dediyinə görə, anasını bütün dünyadan təcrid edilmiş vəziyyətdə saxlayırlar. İslam özü Böyük Britaniyadan sığınacaq istəyib.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …