Çərşənbə , May 8 2024
Ana səhifə / Araşdırma / Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələdi

Göyçayda 11 yaşlı uşaq həmyaşıdını güllələdi

Göyçay şəhərində yaşayan 11 yaşlı Ə. Şirəliyev əlindəki pnevmatik tüfənglə həmyaşıdına xəsarət yetirib.

Virtualaz.org-un Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və nəticədə qonşusu-həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın