Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Tehranda baş vermiş yanğınla əlaqədar İranın Bakıdakı səfirliyinə yürüş keçirilib

Tehranda baş vermiş yanğınla əlaqədar İranın Bakıdakı səfirliyinə yürüş keçirilib

Bu gün Bakıda Tehranda baş vermiş güclü yanğınla əlaqədar İran səfirliyinə yürüş keçirilib.

APA-nın məlumatına görə, yürüşdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Etibar Nəsirov, qurumun əməkdaşları, habelə Azərbaycanda yaşayan İran vətəndaşları iştirakı ediblər.

Yürüş iştirakçıları Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qarşısında toplaşıblar və səfirliyə gediblər. E. Nəsirov Tehranda baş vermiş hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, ötən həftə Tehranda “Plasko” ticarət mərkəzinin binası yanğından sonra çöküb. Nəticədə onlarla adam ölüb. Həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın