Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Araşdırma / Generalın işçisi dindirildi: “Akif Çovdarovun qəbuluna apardıq”

Generalın işçisi dindirildi: “Akif Çovdarovun qəbuluna apardıq”

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Natiq Hümbətov sualları cavablandırıb. Daha sonra zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə keçmiş MTN əməkdaşı Rövşən Əzimov şahid qismində ifadə verib. O, bildirib ki, Qədim Ədilovu MTN-ə dəvət ediblər və general Akif Çovdarovun qəbuluna aparıblar. Şahid deyib ki, Qədim Ədilovla orada qısa söhbət aparılıb və sərbəst buraxılıb. Şahidin sözlərinə görə, ona heç bir təzyiq edilməyib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın