Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Araşdırma / Gəncədə iki bacını kim qətlə yetirib? – Baş Prokurorluqdan açıqlama

Gəncədə iki bacını kim qətlə yetirib? – Baş Prokurorluqdan açıqlama

Respublikanın daxili işlər və prokurorluq orqanlarınınpeşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü”isti izlərlə” açılıb.
Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına görə, cari il fevralın 22-də saat 23 radələrində Gəncə şəhər sakinləri-57 yaşlı  Rəna Nəbiyevanın və bacısı, 78 yaşlı Zəhra Abdullayevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.
“Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə bu ağır cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 57 yaşlı Sənan Məmmədov tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Həmçinin oxuyun

DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım …

Bir cavab yazın