Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / FHN-nin xidmət rəisi sahibkarın pulunu mənimsəyib

FHN-nin xidmət rəisi sahibkarın pulunu mənimsəyib

Göyçay rayonu Natəvan küçəsi ev 7 A mənzil 44-də yaşayan sahibkar xanım Mayılova Minayə Seyidağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif qarşılaşdığı qanunsuzluqdan yazır:
“Mən uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vaxtlı-vaxtında dövlətə vergi ödəyirəm. Fəaliyytimdə heç bir nöqsan olmayıb. Ancaq səlahiyyətlərindən sui-istifadə edib saxtakarlıqla məşğul olan bəzi vəzifəli şəxslər var ki, onların saxtakarlığına görə sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşam.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədov işçisi Qurbanov İlqar Afad oğlunun əli ilə mənim 12 000 manatlıq məhsulumu satıb mənimsəmişdilər. Bu pul məni sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur edib. Mən cücə inkubatoru işlədirdim. Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun işçisi Qurbanov İlqar Afad oğlu məndən müqavilə əsasında 12 000 manatlıq cücə götürüb Zaqatala, Qax, Baləkən və İsmayıllı rayonlarında satmışdır. Göyçay Yanğından Mühafizə Xidmətinin əməkdaşı İlqar Qurbanov indi pulumu vermək istəmir. Səbəb kimi göstərir ki, həmin pulun çox hissəsini iş günləri növbəyə çıxmayıb rayonlarda cücə satmaq üçün rəisimiz Müşfiq Məmmədova vermişəm. Deyir ki, buna görə də pulum yoxdur, siz pulu Müşfiq Məmmədovdan istəyin.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova müraciət edib, xahiş edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, mənim halal 12 000 manat pulumu mənimsəmiş Göyçay rayon Yanğından Mühafizə Xidmətinin rəisi Müşfiq Məmmədovun və onun işçisi Qurbanov İlqar Afad oğlunun barəsində ciddi tədbirlər görəsiniz”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …