Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Etibar Pirverdiyevin adamları Qarabağ əlillərinə divan tuturlar

Etibar Pirverdiyevin adamları Qarabağ əlillərinə divan tuturlar

Qarabağ Azadlıq Təşkilatı Mingəçevirdə Qarabağ əlilləri, veteranları, şəhid ailələrinin kütləvi şəkildə işdən çıxarılması, onların təhqir olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət göndərib. Moderator.az-a daxil olan müraciətdə deyilir:
“Mingəçevir şəhərində Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə qarşı olan haqsızlıqlarla bağlı Sizə müraciət edirik.
Mingəçevir şəhərində fəaliyyət göstətən İstilik və Elektrik Stansiyasında Qarabağ müharibəsi veteranlarına, əlillərinə, şəhid ailələrinə qarşı əsl divan tutulur, heç bir əsas gətirmədən məhz onlara qarşı ixtisar adı altında təzyiq və təhdid kampaniyası aparılır, onlara “Sizi kim göndərib Qarabağa, getməyəydiniz, indi əl-ayağımıza dolaşırsınız, gözümüz aydın ki, vuruşmusunuz, başımıza bəla olmusunuz, hamınızı burdan rədd edəcəyik” kimi ittihamlar səsləndirirlər.

Bu rüsvayçı proses həmin müəssisəyə Azərenerji ASC-in prezidenti Etibar Pirverdiyevin yaxın adamı Gülağa Bəşirovun bu yaxınlarda direktor təyin olunmasından sonra başlayıb. Məlum deyil ki, Gülağa Bəşirov bu rüsvayçı hərəkətləri öz təşəbbüsü, yoxsa Etibar Pirverdiyevin tapşırığı ilə həyata keçirir. Gülağa Bəşirov çox sürətlə öz niyyətlərini həyata keçirməyə başlayıb və bir neçə gün əvvəl Qarabağ müharibəsi əlilləri: aparıcı mühəndis Natiq Həsənovu, mühəndis Rəfail Cabbarovu, cilingər Əli Əliyevi, mühəndis Cingiz Nəzərovu, çilingər Bilal Qədirovu, çilingər Məhəməd Ramazanovu, çilingər Seyfəddin Ağayevi, Qarabağ əlilinin həyat yoldaşı Sevda Rüsəmovanı, şəhid ailələri Mehriban Kərimovanı, Pərvanə İbrahimxəlilovanı, Mədinə Əliyevanı, Xatirə Məmmədovanı bir əmrlə işdən azad edib. Onların işdən azad olunması üçün heç bir əsas gətirilməyib. Səbəb kimi ixtisara düşdüklərini göstəriblər, amma ixtisara düşənlərin, işdən çıxarılanların hamısı Qarabağ əlili, veteranı, şəhid ailəsidir. Onu da qeyd edək ki, bu adamların əksəriyyəti bu gün də Qarabağın azadlığı uğrunda mübarizələrini davam etdirir, Qarabağ Azadlıq Təşkilatının üzvləridirlər.
Siz dəfələrlə idarə, müəssisə rəhbərlərinə, məmurlara müraciət edərək bütün işçilərə, xüsusilə də Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə qarşı diqqətlı olmağı tapşırmısınız, son çıxışlarınızda isə hətta özəl qurumlara da xəbərdarlıq etmisiniz ki, insanlara qarşı diqqətli olsunlar, imkan daxilində ixtisarlara yol verməsinlər. Nazirlik, idarə, müəssisə rəhbərləri sanki Sizin çağırışları eşitmir, bu hərəkətləri ilə insanları incidir, ağır vəziyyətə salır, insanların narazı qalmalarına şərait yaradır.
Konkret haqsızlıqlarla bağlı Sizə müraciət etməyi özümüzə borc bildik və inanırıq ki, bu insanların küçəyə atılmasına razı olmayacaq, ədalətin bərpa olunması üçün tapşırıqlarınızı verəcəksiniz”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın