Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / DYP istirahətə gəlmiş sürücüləri cərimələdi

DYP istirahətə gəlmiş sürücüləri cərimələdi

Qax rayonunda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçirib.

Rayonun turizm bölgəsində təşkil olunan reyd Baş Dövlət Yol Polisi alayının 5-ci tağımı və Qax rayon Yol Patrul Xidmətinin (YPX) əməkdaşlları tərəfində keçirilib.

Rayonun turizm bölgəsi olan İlisu kəndi ərazisində keçirilən reyd zamanı 100-dən çox avtomobil saxlanılıb. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 35 sürücüyə qarşı protokollar tərtib edilib və onlar cərimələniblər. Həmin sürücülər arasında həm İlisu kəndində istirahətə gələn qonaqlar, həm də yerli sakinlər olub.

Reydin keçirilməsində əsas məqsəd yollarda baş verən qəzaların, yüksək sürət həddini aşan sürücülərin, kobud qayda pozan və qanunsuz avtomobil idarə edənlərin qarşısını almaqdan ibarət olub. Reyd zamanı avtomobildə artıq sərnişin daşıyan sürücülər də cərimələniblər. (“Report”)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın