Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Doqquz gəmi “Günəşli” yatağındakı yanğını söndürməyə çalışır

Doqquz gəmi “Günəşli” yatağındakı yanğını söndürməyə çalışır

“Azneft” İB “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı baş vermiş qaz təzahürünün təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, qaz təzahürü səhər təmir zamanı baş verib və açıq fontana çevrilib. Baş verə biləcək yanğının qarşısının alınması üçün dərhal özülün yanğınsöndürmə sistemi işə salınıb, özüldə istismarda olan digər quyular bağlanılıb, özülün kommunikasiya sistemi tam təcrid edilib, işçi heyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla digərləri “Nefteqaz-64” gəmisi vasitəsilə təxliyə olunub.

Eyni zamanda özülə kömək üçün 2 ədəd ixtisaslaşdırılmış VİXR tipli, “Nefteqaz” tipli və Şirvan tipli kran gəmiləri cəlb edilib.

“Azneft” İB-nin baş mütəxəssisləri və Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası hadisə yerindədirlər. Hazırda vəziyyət nəzarətə götürülüb, fontanın qarşısının alınması üçün tədbirlər görülür. Xəsarət alan yoxdur.

*   *   *13:48

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, 4 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə yanğın baş vermişdi. Hadisə nəticəsində 63 nəfər zərər çəkmiş, onlardan 9 nəfər dünyasını dəyişmişdi. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qərarı ilə  6 dekabr tarixində Azərbaycanda matəm günü elan olunmuşdu.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın