Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Daha bir futbolçu həbs olundu – “Moşennik”liyə görə

Daha bir futbolçu həbs olundu – “Moşennik”liyə görə

Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu həbs olunub. “Qafqazinfo” “Futbol+”a istinadən xəbər verir ki, Faiq Cabbarovu polis onunla bağlı çoxsaylı şikayət ərizələrindən sonra həbs edib. Cabbarov bir-neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Cabbarovun ölüm xəbəri yayılmışdı. Sonradan məlum olmuşdu ki, veteran futbolçu sağdır və Samuxdakı fermaların birində çalışır.

Onun normal həyata qayıdacağı, “Kəpəz”də məşqçilik edəcəyi deyilirdi.

Qeyd edək ki, futbolçu Maşallah Əhmədov da dələduzluğa görə həbs olunub.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın