Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Çovdarovun vəkilləri barədə Kollegiyaya müraciət ediləcək

Çovdarovun vəkilləri barədə Kollegiyaya müraciət ediləcək

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Saat 11-ə təyin olunan proses 1 saat gecikmə ilə başlayıb. Buna səbəb isə təqsirləndirilənlərdən yalnız birinin vəkilinin prosesdə iştirak etməsi, Akif Çovdarovun və digər 2 şəxsin vəkillərinin məhkəməyə gəlməməsi olub.

Hakim bildirib ki, həmin vəkillər barədə Vəkillər Kollegiyasına müraciət ediləcək.

Hazırda proses davam edir. “Moda” mağazasının sahibi, mərhum Vəzir Əbilov epuzodu üzrə şahidlər ifadə verir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın