Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Cəlilabadda 43 yaşlı kişi arvadını döyərək öldürdü

Cəlilabadda 43 yaşlı kişi arvadını döyərək öldürdü

Cəilabadda ər həyat yoldaşını qətlə yetirib. “ARB TV”dən Azinforum.az – a verilən məlumata görə, hadisə şəhərin Vüqar Mürsəlov küçəsində qeydə alınıb.

Rayon sakini, 43 yaşlı İsmayıl İsmayılov arvadı Sevda İsmayılova ilə mübahisə edib. Daha sonra ər dəmir linglə həyat yoldaşının baş nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən S.İsmayılova hüşünü itirib.

Yaralı Təcili yardım vastəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Qətli törədən şəxs polis tərəfindən yaxalanıb. İ.İsmayılov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın