Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / “Bandotdel”in tutduğu dəstəyə hökm oxundu – MTN adından sui-istifadə, 3.4 milyonluq dələduzluq və…

“Bandotdel”in tutduğu dəstəyə hökm oxundu – MTN adından sui-istifadə, 3.4 milyonluq dələduzluq və…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman Abdullayev, Nurlan Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Loğman Abdullayev və Nurlan Bayramovun hər biri 18 il, Pərviz Rzayev və Emin Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan təqsirləndirilən Ruslan Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. Təqsirləndirilən Fərhad Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən Gəray Abdulov 2 min manat cərimə olunub, Tural Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
 Qeyd edək ki, Bakı şəhər sakini olan vətəndaş DİN-ə müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.
Faktla bağlı Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin ötən il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçirdikləri öz təsdiqini tapıb.
Daha sonra cinayətkar qrupun üzvləri  həmin vətəndaşı metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.
APA

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın