Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakının mərkəzində dəhşət – Borcunu qaytara bilməyən şəxs özünü bankın qaşısında yandırdı+Foto

Bakının mərkəzində dəhşət – Borcunu qaytara bilməyən şəxs özünü bankın qaşısında yandırdı+Foto

“Bank Respublika”nın “Azneft” filialı qarşısında 50-55 yaşlarında olan şəxs özünü yandırıb.

Azinforum.az  musavat.com-a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Şahidlərin bildirdiyinə görə, müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alova müdaxilə etsə də, həmin şəxs əsasən qol, boyun və üz nahiyələrindən yanıq xəsarətləri alıb. Təcili yardıma özü əyləşə bilən müştəri xəstəxanaya aparılıb.

Hazırda filial fəaliyyətini dayandırıb. Polis əməkdaşları hadisə yerindədir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın